İran Parlamentinin sədri Məhəmməd Qalibaf 5 may tarixində X vasitəsilə yayımladığı mesajda ABŞ-ı hədəfə aldı.
ELAZ.İNFO xəbər verir ki, Qalibaf ABŞ və müttəfiqlərinin atəşkəsi pozduğunu və blokada tətbiq etməklə dəniz nəqliyyatı və enerji tranzitinin təhlükəsizliyini təhlükəyə atdığını bildirdi.
İran Parlamentinin sədri deyib ki, “Hörmüz boğazında yeni bir tarazlıq qurulur. ABŞ üçün “mövcud vəziyyətin davam etməsi” davamlı deyil”.
İlahə BAYINDIR