Prezident İlham Əliyev diqqətə çatdırıb: “İnsanlara daha gözəl xidmət göstərilsin”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına (AzTV) müsahibə verib.

ELAZ.İNFO xəbər verir ki, dövlət başçısı müsahibəsi zamanı Naxçıvan Regional DOST Mərkəzinin açılışının sosial təminat sahəsində mühüm addım olduğunu vurğulayıb. Prezident İlham Əliyev mövzu ilə bağlı çıxışında bildirib:

“Bu gün, eyni zamanda, sosial təminatla əlaqədar DOST Mərkəzinin açılışını qeyd edə bilərəm. Onun yanında “ASAN xidmət” mərkəzi dayanır. O da vaxtilə mənim göstərişimlə yaradılmışdır ki, insanlara daha gözəl xidmət göstərilsin.”

Dövlət başçısının qeyd etdiyi kimi, regionda sosial infrastrukturun modernləşdirilməsi və vətəndaşlara göstərilən dövlət xidmətlərinin operativliyinin artırılması istiqamətində layihələrin icrası uğurla davam etdirilir.

Hazırladı: Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın