ELAZ.İNFO xəbər verir ki, Xızı rayonu Altıağac qəsəbəsində ev tikintisi zamanı, qəsəbənin yeni sakini bir zamanlar ərazidə yaşayan malakanlara aid köhnə evi sökərkən divarlarında tikinti materialları kimi istifadə olunan köhnə məzar daşlarını aşkar edib.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti-nin Şabran Rİ-nin Xızı rayonu üzrə Baş mütəxəssisi Tural Babayev əraziya baxış keçirib və aşkar olunan epiqrafik nümunələrinin Xızı rayonunun mərkəzində yerləşən inzibati binaya daşınmasını təmin edib.
Sabit COCULU