“Vətənin Qəhrəman Oğulları” adlı yeni bir layihə gerçəkləşdiriləcək

“Elaz.info” Ziyalı Ocağı İctimai Birliyinə istinadən bildirir ki, Şəhidlərimizə həsr edilmiş “Vətənin Qəhrəman Oğulları” adlı silsiləli ədəbi-bədii layihəyə start verilib.

Layihənini rəhbəri İlahə Bayındır qeyd edib ki, “ Ziyalı Ocağı” İctimai Birliyinin xətti ilə reallaşacaq bu layihəyə əsasən Vətən torpaqlarının azadlığı uğrunda canından keçən qəhrəman Şəhidlərimizin həyat yolundan bəhs edən əsərlər bir kitabda birləşəcək. Qəhrəman Şəhidlərimizin həyat və döyüş yolunu özündə əks etdirəcək kitabın hazırlanmasına vəsilə olacaq şairlər, yazıçılar, jurnalistlər Azərbaycanın fərqli ellərində yaşayan Şəhid ailələri ilə bağlı gərəkli məlumatları toplayacaq, onların yarımçıq həyatlarını, qəhrəmanlıq dastanlarını, döyüş xatirələrini qələmə alaraq, dastana çevirəcəklər. Beləliklə, Qəhrəman ərənlərimizin həyat hekayələri dillərdə dolaşacaq”.

İ. Bayındır vurğulayıb ki, “layihədə Azərbaycandan, Turkiyədən, Özbəkistandan, Qırğızıstandan, Tacikistandan, Qazaxıstandan, Ukraynadan, İraqdan, Rusiyadan, İsveçdən, Almaniyadan və digər ölkələrdə yaşayan şair, yazıçılar və jurnalistlər iştirak edəcəklər. Kitabın Azərbaycan, Türk, Özbək, Qazax, Qırğız dillərində olması nəzərdə tutulub. Qeyd olunan ölkələrdə kitabın təqdimat mərasimi də keçiriləcəkdir”.

 

İslam MAHMUDOV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

azAzerbaijani
Verified by MonsterInsights