Ukraynaya Dəstək Məqsədilə Yeni Qərarlar Gözlənilir


Ukrayna Prezidenti Volodimir Zelenski bu həftə ölkəsinə dəstək istiqamətində mühüm və müsbət qərarların qəbul ediləcəyini bəyan edib.
ELAZ.İNFO xəbər verir ki, dövlət başçısı Ukraynaya effektiv köməklik göstərən beynəlxalq tərəfdaşlarla intensiv təmasları davam etdirir. Bəyanatda Danimarka və Litvanın Baş nazirləri ilə danışıqların aparıldığı, növbəti gün isə Böyük Britaniyada yüksək səviyyəli həlledici görüşlərin keçiriləcəyi bildirilib.
Prezident eyni zamanda Avropa İttifaqı ilə aparılan danışıqların dinamikasına toxunub. Həftə ərzində Ukrayna üçün yeni dəstək paketinin təqdim olunacağı və Aİ-yə üzvlük danışıqlarında irəliləyiş əldə edildiyi vurğulanıb. Planlaşdırılan addımlara əsasən, bu həftə danışıqlar üzrə daha iki klasterin açılışı nəzərdə tutulur (yay aylarında artıq iki klaster açılmışdı). Ukrayna rəhbərliyinin hədəfi ilin sonuna qədər bütün 6 danışıqlar klasterini tam açmaqdır.
Zelenski qeyd edib ki, bu addımlar Ukrayna xalqı üçün mühüm siyasi-mənəvi dəstəkdir və ölkənin Avropa inteqrasiyası kursunun dəyişməzliyinin sübutudur. Eyni zamanda, Aİ ilə əldə olunmuş razılaşmaların icrası, tam maliyyə təminatının yaradılması və lazımi qanunvericilik aktlarının qəbulu üçün parlamentarilər və hökumət rəsmiləri ilə birgə operativ iş aparılır.
Ruslan MƏMMƏDOV





