Qadın Agent Həbs Olundu


Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Əks-kəşfiyyat Departamenti Dnipropetrovsk vilayətində müdafiə obyektlərinə və könüllü mərkəzlərinə Rusiya zərbələrini istiqamətləndirən düşmən agentini saxlayıb.
ELAZ.İNFO xəbər verir ki, keçirilən xüsusi əməliyyat nəticəsində ifşa edilən qadın agent Rusiya Federasiyası Silahlı Qüvvələrinin raket və dron zərbələrini Ukrayna müdafiəçilərini texniki avadanlıqlarla təmin edən ictimai təşkilatların və hərbi strukturların üzərinə istiqamətləndirib.
İstintaq zamanı müəyyən edilib ki, şübhəli şəxs əslən Dnipropetrovsk vilayətinin sakini olub və 2025-ci ilin sentyabr ayında bu bölgəyə köçüb. O, Rusiya xüsusi xidmət orqanlarının diqqətini Ukraynanın şərqindəki müvəqqəti işğal olunmuş ərazilərdə yaşayan tanışları vasitəsilə cəlb edib.
Düşmən tapşırıqlarını icra edən agent piyada və ya ictimai nəqliyyatla ərazini dolaşaraq cəbhə ehtiyacları üçün istifadə oluna biləcək obyektləri gizli şəkildə foto və videofiksasiya edib. Eyni zamanda, o, rusiyalı kuratorlarına hesabat vermək məqsədilə həyata keçirilən zərbələrin nəticələrini də sənədləşdirib.
SBU əməkdaşları agentin fəaliyyətini tam sənədləşdirərək onu yaşadığı ünvanda saxlayıblar. Axtarış zamanı onun üzərindən düşmənlə əməkdaşlığını subut edən mobil telefon maddi sübut kimi götürülüb.
Faktla bağlı SBU müstəntiqləri tərəfindən həmin şəxsə Ukrayna Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsi (Hərbi vəziyyət şəraitində dövlətə xəyanət) ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə o, girov müqabilində azadlığa buraxılmamaq şərti ilə həbs edilib. Qadın agenti əmlakı müsadirə olunmaqla ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
Əməliyyat-təxirəsalınmaz tədbirlər Dnipropetrovsk Vilayət Prokurorluğunun prosessual rəhbərliyi altında SBU-nun Baş İdarəsinin əməkdaşları tərəfindən icra olunub.
Ruslan MƏMMƏDOV





