Sərnişin avtobusuna dron hücumu qeydə alınıb

Donetsk istiqamətində hərəkət edən mülki nəqliyyat vasitəsi hava hücumuna məruz qalıb. “Makeyevka – Sevastopol” marşrutu üzrə hərəkət edən müntəzəm sərnişin avtobusunun Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) tərəfindən vurulduğu bildirilir.

ELAZ.İNFO xəbər verir ki, hadisə Donetsk şəhəri yaxınlığında qeydə alınıb. Rəsmi monitorinq qruplarının və hərbi cinayətlərin qeydə alınması idarəsinin yaydığı məlumatlara görə, hücumun baş verdiyi ərazidə Moskva vaxtı ilə axşam saat 22:00 radələrində Ukrayna dronlarının intensiv aktivliyi müşahidə olunub.Hadisə nəticəsində avtobusa dəyən ziyanın miqyası və xəsarət alanların vəziyyəti barədə əlavə araşdırmalar aparılır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın