Təhsil sisteminə ünvanlanan mesajın pərdəarxası

Nazirin ADA Universitetindəki “nitqi” onun növbəti uğursuzluğu oldu

ELAZ.İNFO

Nazirin ADA Universitetindəki “nitqi” onun növbəti uğursuzluğu oldu. Bir çox saytlar bu “nitq”dən yazdılar.
Bu “nitq” məmurun dövlət dilinə sayğısızlığının bariz nümunəsidir. Belə “nitqi” nə alim, nə tələbə, nə də jurnalist doğru düzgün anlaya bilməz.
Bu fikri o, səlis azərbaycan dilində, rahat ifadə edə bilərdi, bu mümkün idi, amma niyə belə etdi? Məlum deyil.
3 il əvvəl bir xanım jurnalist ona irad tutdu: “siz hər şeydən danışdınız, amma heç nə də demədiniz. İndi bilmirəm qəzetdə nə yazım”.
O da heç nə anlamamışdı, belə “sürüşkən nitqdən”
Qazaxıstanın təhsil naziri var, Siyasət Nürbek. O, 7 xarici dil bilir, amma heç vaxt nitqində bu dilləri qarışdırmır.
Bizim nazir cəmi 2 dil bilir, onu da tez-tez qarışdırır.
S. Nurbekin nazir kimi işinə də söz ola bilməz, Qazaxıstanın elmi və təhsili bizdən 20 il öndədir.
Bizim menecerlər bu il 3-4 dəfə orda olublar, S. Nurbeklə də görüşlər keçirdiblər. Amma deyəsən faydası olmayıb.

Bizdə dilin saflığına nəzarət edən dövlət qurumları yoxdurmu? Əvvəllər belə qurumlar vardı məncə. Əgər yoxdursa, yaratmaq lazımdır.
Kasıb müəllimləri 200 manat cərimə etməkdənsə, kasıb olmayan məmuru dpvlət dilinə sayğısızlıq səbəbi ilə bir aylıq maaşı qədər (13.000 manat) cərimə etmək daha ədalətli və büdcəyə çox faydalı olardı.
Məmurun belə “nitqi” dövlətə, cəmiyyətə, auditoriyaya tam hörmətsizlikdir. İnanmıram başqa ölkənin təhsil naziri belə səhv edə.

İlham Əhmədov

dosent

Bizi izləyin və paylaşın