Nazir Anar Əliyev Şuşada Vətəndaşları Qəbul Edəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev oktyabrın 30-da Şuşa şəhərində Şuşa və Xocavənd rayon sakinlərini qəbul edəcək.
ELAZ.INFO xəbər verir ki, qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, qaldırılan məsələlərin həlli ilə əlaqədar zəruri tədbirlər görüləcək.Vətəndaşlar 20 – 22 oktyabr tarixlərində Nazirliyə rəsmi qaydada müraciət edərək qəbula yazıla bilərlər:
Elektron poçt ünvanı: info@sosial.gov.az Poçt vasitəsilə rəsmi müraciət Çağrı mərkəzi: “142” nömrəsi ilə əlaqə saxlayaraq Qeyd olunub ki, vətəndaşlar yalnız qəbula əvvəlcədən yazılmış şəxslərin tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Ruslan MƏMMƏDOV
28




