Azərbaycanın Enerji Təhlükəsizliyinin Qarantları: Dövlət Strateqiyası Və Fədakar Əmək

Bu gün Azərbaycanda milli təhlükəsizliyimizin, iqtisadi müstəqilliyimizin və strateji inkişafımızın əsas sütunlarından biri olan energetika sektorunun çalışanlarının peşə bayramı – Energetiklər Günüdür.
ELAZ.INFO xəbər portalı adından Energetika Nazirliyinin, “Azərenerji” ASC-nin, “Azərişıq” ASC-nin rəhbərliyini, bütün kollektivini və ölkənin enerji dayanıqlılığını təmin edən hər bir energetiki strateji fəaliyyətlərində məsuliyyətli işləri münasibətilə təbrik edirik!
Azərbaycanın enerji müstəqilliyi Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu möhkəm bünövrə üzərində yüksələrək, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin cəsarətli və prinsipial xarici-daxili siyasi kursu sayəsində regional və qlobal miqyaslı güc faktoruna çevrilmişdir.
Bu gün Azərbaycan təkcə öz daxili tələbatını sıfır xəta ilə ödəməklə kifayətlənmir, həm də Avropanın enerji xəritəsini müəyyən edən, regionun təhlükəsizliyini zəmanət altına alan əsas aktordur. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda sıfırdan qurulan modern enerji infrastrukturu, “Yaşıl Enerji” konsepsiyasının tətbiqi dövlət başçımızın strateji uzaqgörənliyinin bariz göstəricisidir.
Bu mürəkkəb və məsuliyyətli dövlət tapşırıqlarının, habelə qlobal yaşıl enerjiyə keçid strategiyasının icrasında Energetika naziri Pərviz Şahbazovun və nazirliyin idarəetmə aparatının ardıcıl, dəqiq və prinsipal fəaliyyəti xüsusi qeyd olunmalıdır.
Strateji obyektlərin fasiləsiz işləməsindən azad edilmiş torpaqlarımızdakı modern şəbəkələrin qurulmasına qədər – hər kəsin fəaliyyəti birbaşa dövlət maraqlarımıza xidmət edir. Ən ağır şəraitdə belə milli enerji sisteminin dayanıqlılığını qoruyan hər bir mütəxəssisin əməyi dövlət əhəmiyyətli xidmətdir.
Bir daha bütün energetikləri peşə bayramı münasibətilə təbrik edir, Azərbaycan dövlətinin güclənməsi və iqtisadi suverenliyimizin möhkəmlənməsi naminə məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq!
Ruslan MƏMMƏDOV




