İşğala uğrayan vətən torpaqları sülh ilə qaytarılmaz, ancaq savaşla alınar! Şeyx Şamil

ELAZ.İNFO


İyirmi beş illik mücadiləsinin sonu olaraq 1859-cu ilin avqustunda İmam Şamil 80 nəfərə yaxın silahdaşı və ailə üzvüləri ilə əlçatmaz Qunib aulunda qərar tutdu.
Qafqaz canişini general Aleksandr Baryatinskinin komandanlığı altında olan 20 minlik rus ordusu aulu mühasirəyə aldı.Şamil rusların təslim olması təkliflərini geri çevirdi və sona qədər vuruşacağını bildirdi. Bir neçə gün davam edən danışıqlar əsnasında Şamilə ona yaradılacaq dəhlizlə silahdaşları ilə birlikdə Türkiyəyə gedə biləcəyi təklif olundu.Danışıqlarda əslən Qarabağ ermənisi olan polkovnik İvan Lazarev ( Ağabəy Kalantaryanın nəvəsi) və Daniyal sultan iştirak edirdi. Nəhayət general Baryatinski bu keçidin detallarını müzakirə etməsi üçün Şamilin özü ilə görüşməsini təklif etdi.Polkovnik Lazarev Şamilin bu görüşə gəlməsini inandıra bildi. Öz yaxın müridləri ilə Qunibdən enən Şamilin qeyd şərtsiz təslim olması tələb olundu və geriyə qayıtması mümkün olmadı.
Şamilin əsir alınmasını sonralar Daniyal sultanla bağlamaq cəhdləri
də olmuşdur. Tarixçilərin araşdırmaları isə göstərir ki əslində bu hadisə Şamilin yaxın silahdaşı Çirkey aulundan olan Yunusun imamı xəbərdar etməməsi və Polkovnik Lazarevin onu aldatması ilə olmuşdur.
Sonralar general rütbəsinə yüksələn İvan Lazarev öz memuarlarında Şamili necə yanıltdığından qürurla yazırdı.
Bu təslim səhnəsinin istirakçısı olmuş rəssam Teodor Qorşelt 1863 cü ildə çəkdiyi tabloda bu prosesdə iştirak edən 40 nəfəri ayrı-ayrıliqda təsvir etmişdir. Bu tabloda rus zabitləri, gürcü kazakları, könüllulər, yaralanmış qolunu silərək peşmancılıqla üzünü yana çevirmiş Yunusla yanaşı Şamilə Qunibə çəkilərkən xəyanət edərək yük arabalarını talamış və ruslardan hərbi rütbə alan naib Kibit Mohuma da təsvir olunmuşdur.
Qunib döyüşü hüznlü bir sonluğun hekayəsi kimi bu gün də
yerli əhali tərəfindən kədərlə anılmaqdadır.

Aydan

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights