Ermənistan Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin etməyə hazırdır

ELAZ.İNFO xəbər verir ki, Nikol Paşinyan hökumətin iclasında bildirib ki, Ermənistan razılaşdırılmış çərçivədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır.

O bildirib:-“Siyasi iradəmizi vurğulamaq və bir daha təsdiqləmək istəyirəm: razılaşdırılmış çərçivə daxilində biz hazırıq, istəkliyik və mütləq bu istiqamətdə, o cümlədən dəfələrlə danışdığımız prinsiplərə uyğun olaraq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsi istiqamətində irəliləyəcəyik. Bizim əhval-ruhiyyəmiz belədir ki, burada da münaqişənin məntiqindən kənara çıxmalı və normal, dinc atmosferə və düşüncə tərzinə keçməliyik”.

Aydan

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights