ELAZ.İNFO xəbər verir ki, Nikol Paşinyan hökumətin iclasında bildirib ki, Ermənistan razılaşdırılmış çərçivədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır.
O bildirib:-“Siyasi iradəmizi vurğulamaq və bir daha təsdiqləmək istəyirəm: razılaşdırılmış çərçivə daxilində biz hazırıq, istəkliyik və mütləq bu istiqamətdə, o cümlədən dəfələrlə danışdığımız prinsiplərə uyğun olaraq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsi istiqamətində irəliləyəcəyik. Bizim əhval-ruhiyyəmiz belədir ki, burada da münaqişənin məntiqindən kənara çıxmalı və normal, dinc atmosferə və düşüncə tərzinə keçməliyik”.
Aydan