Azərbaycanın iqtisadiyyatı ilin ilk doqquz ayında 1,5 faiz böyüyüb

14.10.2026

ELAZ.İNFO xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda ümumi daxili məhsulun həcmi 102 milyard manatı ötüb.

İqtisadiyyat ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,5 faiz artıb.

Qeyri-neft-qaz sektorunda artım 2,6 faiz olduğu halda, neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azalıb. İnformasiya və rabitə xidmətləri 11,1 faiz, nəqliyyat və anbar təsərrüfatı isə 10 faiz artım göstərib.

Bu göstəricilər iqtisadi aktivliyin bəzi qeyri-neft sahələrində daha sürətli olduğunu göstərir.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
👁24
Teqlər: