Bu gün Bakıda hava əsasən yağmursuz olacaq

14.10.2026

ELAZ.İNFO xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 14-ü üçün proqnozuna görə, Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Gecə və səhər bəzi ərazilərdə qısamüddətli zəif çiskin və duman ehtimalı var. Gündüz temperaturun 22–26 dərəcə isti olacağı gözlənilir.

Ölkənin rayonlarında da əsasən yağmursuz hava proqnozlaşdırılır. Aran rayonlarında temperatur 24–29 dərəcəyə çata, dağlıq ərazilərdə isə gündüz 15–20 dərəcə isti ola bilər. Sürücülərə səhər saatlarında duman ehtimalını nəzərə almaq tövsiyə olunur.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
👁16
Teqlər: