Təşəbbüsün əsas məqsədi yerli icmalarda ekoloji düşüncənin formalaşdırılması

Təşəbbüsün əsas məqsədi yerli icmalarda ekoloji düşüncənin formalaşdırılması

ELAZ.İNFO xəbər verir ki, Biləsuvarın Ovçubərə kəndində ekoloji maarifləndirmə tədbiri keçirilib.

Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Ekoloji təmiz dünya naminə icmaların maarifləndirilməsi və davamlılığının təşkili” layihəsi çərçivəsində Biləsuvar rayonunun Ovçubərə kəndində növbəti maarifləndirici tədbir təşkil olunub.

Tədbirin məqsədi kənd sakinlərinin ekoloji problemlər barədə məlumatlılığını artırmaq, ətraf mühitin mühafizəsi istiqamətində ictimai fəallığı təşviq etmək və ekoloji məsuliyyət hissinin gücləndirilməsinə töhfə vermək olub.

Görüşdə layihə çərçivəsində nəzərdə tutulan fəaliyyətlər haqqında iştirakçılara ətraflı məlumat verilib. Çıxışlarda iqlim dəyişikliklərinin təsirləri, məişət tullantılarının düzgün idarə olunması, su və torpaq ehtiyatlarının qorunması, yaşıllıqların artırılması və təbiətin mühafizəsində vətəndaşların rolu diqqətə çatdırılıb.

Müzakirələr zamanı iştirakçılar ekoloji problemlərin yerli səviyyədə həlli ilə bağlı fikir və təkliflərini səsləndirib, gündəlik həyatda tətbiq oluna biləcək ekoloji davranış qaydaları barədə fikir mübadiləsi aparıblar.

Layihə rəhbərliyi bildirib ki, təşəbbüsün əsas məqsədi yerli icmalarda ekoloji düşüncənin formalaşdırılması, əhalinin maarifləndirilməsi və davamlı inkişaf prinsiplərinin təşviqinə dəstək verməkdir. Bu məqsədlə layihə çərçivəsində Biləsuvar rayonunun müxtəlif yaşayış məntəqələrində maarifləndirici tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Sevinc Qurbanova

Bizi izləyin və paylaşın