Matvey Safonov yaşıl meydanlara qayıdır: PSJ-nin “Nyukasl” matçında start heyətdədir

ELAZ.İNFO xəbər verir ki, PSJ-nin rusiyalı qolkiperi Matvey Safonov uzunmüddətli zədədən sonra yenidən əsas heyətə qayıdıb. UEFA-nın yaydığı rəsmi məlumata görə, 26 yaşlı qapıçı Çempionlar Liqasının ümumi mərhələsinin sonuncu – 8-ci turu çərçivəsində İngiltərənin “Nyukasl” klubuna qarşı keçiriləcək ev oyununda start heyətdə yer alıb.

Xatırladaq ki, Safonov dekabrın 17-də Qitələrarası Kubokun finalında “Flamenqo” ilə oyunda (penaltilər seriyasında 4 qolu dəf edərək qəhrəman olmuşdu) əlindən ciddi zədə almışdı. İlkin proqnozlar 3-4 həftəlik bərpa müddəti nəzərdə tutsa da, müalicə prosesi 6 həftəyə qədər uzanmışdı. Yanvarın 24-də komanda ilə məşqlərə başlayan qolkiper, nəhayət, həlledici matçda qapını qorumaq şansı qazanıb.

Safonov 2024-cü ilin yayından bəri PSJ forması ilə artıq 6 titul qazanıb. Bu siyahıya Çempionlar Liqası, Fransa çempionatı və UEFA Superkuboku kimi mötəbər kuboklar daxildir. Bu mövsüm keçirdiyi 4 oyundan 2-də qapısını toxunulmaz saxlayan qapıçının bugünkü performansı azarkeşlər tərəfindən böyük maraqla gözlənilir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights