ELAZ.İNFO xəbər verir ki, “Qarabağ” doğma yuvasına qayıdır: “İmarət” stadionuna 60 milyonluq investisiya Azərbaycan futbolunun flaqmanı “Qarabağ” klubunun Ağdama qayıdış prosesi sürətlənib. İşğaldan azad edilmiş Ağdam şəhərində inşa ediləcək yeni “İmarət” stadionu üçün dövlət büdcəsindən və özəl fondlardan ümumilikdə 60 milyon manat vəsait ayrılıb.
Yeni stadion təkcə idman obyekti deyil, həm də regionun dirçəliş simvolu olacaq. UEFA-nın 4-cü kateqoriya tələblərinə cavab verəcək arenada həm yerli, həm də beynəlxalq oyunların keçirilməsi planlaşdırılır. Klubun rəhbərliyi bildirib ki, “Qarabağ”ın Ağdamda keçirəcəyi ilk oyun xalqımız üçün tarixi bir qələbə günü kimi qeyd olunacaq.
Ruslan MƏMMƏDOV