ELAZ.İNFO xəbər verir ki, zəlzələnin böyüklüyü, ölçüsü su ilə dolu hovuza atıldığı zaman yaranan ətraf mühit dalğalarına baxaraq atılan daşın ölçülərini hesablamaqla müqayisə edilir.
Yer qabığındakı dalğalanmalar isə seysmometr adlanan alətlərlə ölçülür.
Zəlzələnin episentri müəyyən edildikdən sonra seysmometrdən götürülmüş ölçülər riyazi düsturlarla hesablanır və zəlzələnin maqnitudası aşkarlanır.
Yeri gəlmişkən, mayın 31-də Yaponiyanın Hokkaydo adasındakı Kuşiro şəhəri yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verdi. Yaponiyanın Meteorologiya İdarəsi zəlzələnin 20 kilometr dərinlikdə olduğunu açıqladı və bildirdi ki, zəlzələ 6,1 bal gücündə qeydə alınıb.
Zəlzələ nəticəsində isə heç bir dağıntı, tələfat qeydə alınmayıb.
Günel GÜNTAC