Zələzələ silkələ-silkələyə gəlir- Öncə İtaliya, indi isə Tonqa

ELAZ.İNFO, BAKI, 14.05.2025.

ELAZ.İNFO xəbər verir ki, Tonqa Krallığının sahillərində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə mayın 14-də Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında məlumat verilib.

Zəlzələnin episentrinin təxminən 4 min nəfər əhalisi olan Neiafu adasından 137 km cənub-qərbdə yerləşdiyi bildirilir. Mənbənin 243 km dərinlikdə yerləşdiyi yazılır.

Bölgədə sunami təhlükəsi barədə məlumat verilməyib. Tələfat və dağıntılar barədə də məlumat yoxdur.

Məlumat üçün bildirək ki, mayın 13-də İtaliyada Fleqrean tarlalarının böyük vulkanik bölgəsində də zəlzələ baş vermişdi. Onun maqnitudası isə 4,4-ə çatmışdı. Neapolun qərbində baş verən zəlzələlədə təhlükəli dağıntı və tələfat qeydə alınmamışdı.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights