Yüksək sürət təhlükəni gətirdi

Elaz.info xəbər verir ki, Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil öncə sərnişin daşıyan “Mercedes-Vito”nu vurub. Bundan sonra isə avtomobil  “BMW” ilə toqquşub. Avtomobillər bu və ya digər dərəcədə əzilib.

Hadisədə xəsarət alan  3 yaralı var.

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəliblər. Vəziyyət araşdırılır.

Yol qəza hadisəsində xəsarət alan üç vətəndaş Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.   

İlahə BAYINDIR

Verified by MonsterInsights