Yekun mətn üzrə razılığa gəlindi

ELAZ.İNFO xəbər verir ki, Ermənistan və Azərbaycan sülh müqaviləsinin yekun mətni üzrə razılığa gəliblər, lakin sülh hələ çox uzaqdır; prinsipial məsələlər üzrə fikir ayrılıqları aradan qaldırılmayıb və ekspertlər Rusiyanın regionda öz təsirini bərpa etmək üçün vəziyyətdən yararlanacağından ehtiyat edirlər.
Bununla bağlı Roma Papası sosial şəbəkədə hesabında yazıb ki, -“Mən şadam ki, Ermənistan və Azərbaycan sülh sazişinin yekun mətni üzrə razılığa gəliblər. Ümid edirəm ki, o, ən qısa zamanda imzalanacaq və beləliklə, Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına kömək edəcək”. Onun ruh yüksəkliyini dünyanın 60-dan çox ölkəsində bölüşüblər.
Yeri gəlmişkən bildirək ki, tərəflər- martın 13-də Yerevan və Bakı rəsmi olaraq elan etdi ki, sülh müqaviləsi üzərində dörd illik işdən sonra son iki mübahisəli müddəanı razılaşdırıblar.

Natəvan BƏYDİLİ

Verified by MonsterInsights