14 APREL, ELAZ.İNFO
İstər qız olsun, istər oğlan olsun, hər bir uşağın ana və ataya ehtiyacı var. Mən sizə ata övlad münasibətinin tərəfləri haqqında söhbət açacağam. Sağlam ata-övlad münasibəti nəticəsində cinsi şəxsiyyətin mənimsənilməsi, akademik uğurların artması, zəkanın inkişafı, nizam-intizam anlayışının inkişafı, özünə inamın formalaşması, sosiallaşma, liderlik strukturunun inkişafı, dostluqlarda harmoniya kimi çoxsaylı mühüm xüsusiyyətlər qazanılır.
İndi atalar o qədər sıx iş rejimindədirlər ki, uşaqlarına demək olar ki, vaxtı çatdıra bilmirlər. Amma istəsələr, vaxtlarını yaxşı təşkil edə bilərlər ki, evə gələndə həm dincəlsin, həm də uşaqları ilə keyfiyyətli vaxt keçirə bilsinlər.
Yaxşı ata olmaq, uşağınızla keçirdiyiniz vaxtdan deyil, onunla keyfiyyətli vaxt keçirməyinizdən asılıdır. Peyğəmbərimiz (s) buyurur:
-“Kimin övladı varsa, ona uşaqlıq etsin, onunla əylənsin, oynasın”. (Deyləmi, III, 513).
Burada qarşılıqlı münasibət dedikdə, ata münasibəti nəzərdə tutulur; Bəzən uşaqları ilə güləş, bəzən onlara ev tapşırıqlarında köməklik etmək, bəzən birlikdə şəkil çəkmək, bəzən də sadəcə söhbət etmək kimi paylaşıma əsaslanan fəaliyyətlərlə məşğul olurlar.
Ali KAMAL MABUÇOĞLU –Türkiyə