“Xameneinin qətlə yetirilməsi bütün şiə dünyasına müharibə elan edilməsidir”

İran Prezidenti Məsud Pezeşkian ölkənin ali rəhbəri Əli Xameneinin öldürülməsinə dair kəskin bəyanatla çıxış edib.

ELAZ.İNFO xəbər verir ki, Pezeşkian bu hadisənin təkcə İrana deyil, qlobal miqyasda bütün şiə icmasına qarşı yönəlmiş bir müharibə aktı olduğunu bildirib. Prezident Pezeşkian öz “Telegram” kanalında paylaşdığı rəsmi bəyanatda hadisənin dini və siyasi tərəflərini ön plana çəkib. O, baş verənləri belə xarakterizə edib:

İranın birinci siyasi simasının və bütün şiə icmasının liderinin qətlə yetirilməsi, ümumiyyətlə müsəlmanlara, xüsusən də bütün dünyadakı şiələrə qarşı açıq müharibə elan edilməsidir.

İranın Rusiya Federasiyasındakı səfiri də prezidentin fikirlərini dəstəkləyərək, ABŞ-ın bu addımı ilə bütün dünya üçün ciddi təhlükə yaratdığını vurğulayıb. Siyasi ekspertlər hesab edir ki, ali rəhbərin hədəf alınması regionda uzunmüddətli və idarəolunmaz bir münaqişəyə yol aça bilər. Hazırda İran daxilində və şiə icmasının sıx yaşadığı digər ölkələrdə gərginliyin artması müşahidə olunur. Tehrandan gələn bu açıqlama yaxın günlərdə hərbi əməliyyatların coğrafiyasının genişlənə biləcəyinə işarə edir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights