ÜST pandemiyalara hazırlıq və erkən xəbərdarlıq sistemlərinə diqqət çəkir


ELAZ.İNFO xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı oktyabrın 12-də pandemiyaların qarşısının alınması, hazırlıq və cavab tədbirləri ilə bağlı BMT-nin siyasi bəyannaməsinin qəbulunu alqışlayıb.
Təşkilatın məlumatında xəstəliklərin erkən aşkarlanması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi mühüm istiqamətlər kimi təqdim olunur.
Məlumat üçün bildirək ki, ÜST-nin Pandemiya Mərkəzi yeni yoluxucu xəstəliklərin yayılmasını 24 saat ərzində aşkar etməyə yönələn iddialı hədəf də açıqlayıb. Belə sistemlərin səmərəliliyi laboratoriyaların, səhiyyə qurumlarının və ölkələr arasında məlumat mübadiləsinin nə qədər sürətli işləməsindən asılıdır.
Günel GÜNTAC
21





