Azərbaycan Laosla əməkdaşlığı genişləndirmək niyyətindədir


ELAZ.İNFO xəbər verir ki, Azərbaycanla Laos arasında oktyabrın 13-də Birgə Bəyanat qəbul olunub və iki ölkə arasında imzalanmış sənədlər mübadilə edilib.
Sənədlər sırasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair memorandum və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad olunması haqqında saziş də var.
Razılaşmalar iki ölkə arasında rəsmi əlaqələrin genişləndirilməsi üçün hüquqi və praktiki zəmin yarada bilər.
Növbəti mərhələdə əsas diqqət sənədlərdə nəzərdə tutulan əməkdaşlığın konkret layihələrə çevrilməsinə yönələcək.
İlahə BAYINDIR
20





