ÜST, İLON MASK, BİLL QEYTS -BUNLAR FALÇIDIR?

Onlar pandemiyaların olacağını və nə zaman dayanacağını bilirlər

Axı haradan bilirlər? Bəyəm onlar falçıdır? Adı batmış CORONA zamanı Bill Qeyts pandemiyanın gedişatı və nə zaman bitəcəyi barədə müntəzəm olaraq müfəssəl məlumat verirdi. Mən diqqətlə onun səsləndirdiyi fikirləri dinləyirdim. İnsafən, doğru deyirdi ki, CORONA 2023-də bitəcək- elə dediyi kimi də oldu. Mənim də içimi şübhələr diddi. Axı hardan bildi?

Güclə sakitləşmişdik. Xəstəlikdən, vahimədən qurtulmaq istəyirik, amma qoymurlar ki… Yenə qapını dınqıldadırlar.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyir ki, “artıq sabah dünyada yeni pandemiya başlaya bilər və onunla uğurla mübarizə aparmaq üçün dünya ölkələri müvafiq saziş bağlamalıdırlar”. Axı ay Tedros Adhanom, (-Qebreyesus demiyəcəm, çünki dilimə yatmır, heç ürəyimcə də deyil), sən hardan bilirsən ki, pandemiya başlaya bilər? Göynən əlaqəniz var?

 Sonra da bildirir ki, “hazırda COVID-19 pandemiyası münaqişələr, geosiyasi və iqtisadi təlatümlərdən sonra arxa plana keçib. Bəyəm xəstəlik dava olanda qorxub qaçır? Bu nə yanaşmadır? Pandemiya idarə olunur?”

ÜST rəhbəri yenə sakit dayanmır. Artıq növbəti fikrində hədəyə keçir:

“Ancaq növbəti pandemiya hər şeyin sakitləşməsini gözləməyəcək. Bu, 20 il və ya daha çox müddətdə və ya sabah baş verə bilər. Biz hazır olmalıyıq”. Da, heç nə, Allah evində-eşiyində heç nədən qorxmuyan pandemiya bərqərar eləsin. Sözüm qurtardı.

İlahə BAYINDIR

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights