Ukrayna və Amerika müştərək fond yaratdı

ELAZ.İNFO BAKI 15.05.2025

Ukrayna və Amerika müştərək İnvestisiyaların Bərpası Fondunun yaradılması və fəaliyyəti haqqında saziş imzalayıb.

Elaz.ınfo Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Ukrayna İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, sənədlər mayın 13-də Ukrayna Dövlət-Özəl Tərəfdaşlığa Dəstək Agentliyi ilə Amerika Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası arasında imzalanıb. Fond işinə mayın 23-də başlayacaq.

Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko yaradılan fond barədə deyib: “Ukrayna Amerika ilə birgə bərpa fondunun yaradılması üçün bütün zəruri prosedurları başa çatdırıb. Amerika ilə saziş Ukraynanın milli maraqlarını nəzərə alır və fondun birgə idarə edilməsini və Amerika ilə investisiyaları nəzərdə tutur”.

Aydan ŞƏRBƏTOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights