Ukrayna Aİ ilə Həlledici Danışıqlara Hazırlaşır

13.10.2026

Ukrayna hökuməti Avropa İttifaqı ilə keçiriləcək mühüm danışıqlar ərəfəsində əsas strateji mövqelərini və təcili maliyyə ehtiyaclarını geniş şəkildə nəzərdən keçirib.

ELAZ.İNFO xəbər verir ki, Kiyev rəhbərliyi Avropa Komissiyası və Aİ liderləri ilə konstruktiv dialoqu davam etdirərək dövlətin həm cari, həm də növbəti il üçün davamlılığını təmin edəcək maliyyə resurslarının cəlb olunması istiqamətində intensiv iş aparır.

Məlumata görə, Ukraynanın Baş naziri, maliyyə naziri və Prezident Ofisinin komandası avropalı tərəfdaşlarla daimi təmasdadır. Rəsmi Kiyev proseslərdən konkret nəticələr və aydın fəaliyyət planı gözləyir. Bəyanatda hər bir məsul şəxsin üzərinə düşən öhdəliyin fərdi xarakter daşıdığı vurğulanıb və göstərilən dəstəyə görə beynəlxalq tərəfdaşlara təşəkkür ifadə olunub.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁50