Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb

“ELAZ.İNFO” xəbər verir ki, Türkiyə, İraq, Suriyadan olan Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.
Heyətə QHT sədrləri, ictimaiyyət nümayəndələri və media təmsilçiləri də daxildir. Səfər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə həyata keçirilir. Qonaqlar martın 15-i Qarabağ Universitetinin müəlim və tələbələri ilə görüşəcək, növbəti gün isə Şuşa və Füzuli şəhərləri ilə tanış olacaqlar.
Martın 18-də Bakı şəhərində ilk dəfə olaraq “Türkman irsi: Vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçiriləcək.
Səfər martın 19-dək davam edəcək. Səfər çərçivəsində əməkdaşlığa dair mühüm görüşlərin də keçirilməsi planlaşdırılır.
Bizi izləyin və paylaşın

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights