Türkmən sənətçinin çıxışına icazə verilmədi

ELAZ.İNFO, BAKI, 20.05.2025.

ELAZ.İNF xəbər verir ki,İranın İslami İrşad İdarəsi Xorasan əyalətinin Bocnurd şəhərində yaşayan türkmən şair və müğənni Rəsul Abbaszadənin çıxışına icazə verməyib.

Bu barədə sənətçi sosial media hesabında məlumat yayıb.

“Bundan əvvəl rəsmi icazə ilə keçirilməsi qərara alınan mədəni tədbirdə çıxışçı və ifaçı kimi adım qeyd olunsa da, son anda adım siyahıdan çıxarılb”,- Abbaszadə yazıb.

“Heç bir miliyyətçi fəaliyyətim olmadığı halda məni pantürkizmdə günahlandırmalarından şok oldum. Bu mənə qarşı baş verən ilk təzyiq deyil və bundan əvvəl də mədəni tədbirlərdə çıxış və ifamın qarşısı alınıb”.

Türkmən muğənni bunu yalnız özünə qarşı deyil, türkmən musiqi və sənətinə qarşı ayrı-seçkiliyin nümunəsi olduğunu bildirib.

Natəvan BƏYDİLİ

Bizi izləyin və paylaşın

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights