Türklük əleyhinə münasibət İranda yerli Azərbaycan türklərini qəzəbləndirdi

ELAZ.İNFO, BAKI, 22.05.2025.

İrqçi və molla Fars rejimi 22 may 2006-cı ildə Cənubi Azərbaycannın böyük şəhərlərində İran qəzetlərindən birində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq nümayişlər keçirildi.

Hekayədə açıq-aşkar formada sərgilənən Türklük əleyhinə münasibət İranda 10 milyonlarla yerli Azərbaycan türklərinin qəzəbinə səbəb oldu. Türklərin yaşadığı çox şəhər, qəsəbə və kəndlərdə günlərlə davam edən və geniş kütlələrin iştirak etdiyi etiraz mitinqləri təşkil edildi. Tehran, Zəncan, Təbriz, Urmiya, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav, Qoşaçay, Sulduz və Mərənd şəhərlərində təşkil edilən nümayişlərdə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində çox sayda ölən və yaralananlar oldu.

Bu karikaturanın yayımlanmasından 5 gün sonra Azərbaycan türkü olan tələbələr Tehran Universitetində hadisəy’ etiraz etmək məqsədilə nümayiş təşkil etdilər. ISNA xəbər agentliyinin verdiyi məlumata görə, öz dillərinə edilən təhqiri pankartlar və şüarlarla protest edən azərbaycanlı tələbələr, ədalət anlayışını hər fürsətdə dilə gətirən hökuməti qınamışlardır. Şüarlar arasında “Haray Haray Mən Türkəm”, “Türkün dili ölməz, fars dilinə dönməz”, “Azərbaycan əyilməz, Türkün beli bükülməz”, “Ya azadlıq, ya ölüm”, “Rədd olsun fars faşizmi” şüarları olmuşdur.

Bir həftə boyunca Azərbaycan türklərinin yaşadığı şəhər və qəsəbələrdə davam edən etiraz mitinqləri İslami Şura Məclisində də əks-səda tapdı. Türk kökənli millətvəkillərindən Əkbər Aləmi, Rza Rəhmani, Kərim Şafei, Eşrat Şayeğ və s. İslami Şura Məclisində nitq söyləyərək qəzetin adı keçən yaımını sərt şəkildə qınadılar. Mövzu ilə bağlı Prezidentin, Mədəniyyət və İslami İrşad nazirliyinin məsuliyyət daşıdığını bildirdilər.

Materialı hazırladı:

Əli İBRAHİMOV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights