ELAZ.İNFO, BAKI, 06.05.2025.
ELAZ.İNFO xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.
Prezident Ərdoğan görüşlə bağlı sosial media hesabından açıqlama verərək, “Bu gün ABŞ prezidenti, hörmətli dostum Donald Trampla apardığımız telefon danışığı olduqca məhsuldar, əhatəli və səmimi oldu. Görüşümüz zamanı Qəzzada pisləşən humanitar vəziyyəti, o cümlədən Suriyanı, Rusiya-Ukrayna müharibəsini, qlobal ticarəti, İran və ABŞ arasında davam edən qlobal və digər bir çox regional problemləri müzakirə etdik.
Biz cənab Trampla Türkiyə-ABŞ əlaqələrini, xüsusilə müdafiə sənayesi və ticarət sahələrində inkişaf etdirmək iradəmizi təsdiqlədik. Prezident Trampın dünyamızda davam edən qarşıdurmalara və müharibələrə son qoymaq üçün göstərdiyi səyləri yüksək qiymətləndirdiyimi və Türkiyənin bölgəmizdə sülh, sabitlik və əmin-amanlıq mühitinin yaradılması üçün lazımi dəstəyi verməyə hazır olduğunu vurğuladım. Ən qısa zamanda dəyərli dostumu Türkiyədə qonaq etməkdən çox məmnun olacağımı bildirdim və o, bizi ABŞ-a dəvət etdi.
“Ümid edirəm ki, dostum Trampla tezliklə görüşəcəyəm və ümid edirəm ki, görüşümüz ölkələrimiz üçün faydalı olacaq”.