Trampın Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarının arxasında nə dayanır?

ELAZ.İNFO, BAKI, 15.05.2025.

ELAZ.İNFO xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı sanksiyaların ləğv edildiyini açıqlayıb. Bu, onun ölkə prezidenti Əhməd Hüseyn əl-Şaraa ilə görüşündən əvvəl açıqlanıb.

TASS agentliyi yazır ki, “Tramp bunu Ər-Riyadda ABŞ-Səudiyyə İnvestisiya Forumunda özünün əsas Yaxın Şərq turu zamanı bəyan edib. Vaşinqton 1979-cu ildən bəri Suriyaya qarşı tətbiq edilən və sərtləşdirilən iqtisadi məhdudiyyətləri aradan qaldırır”.

Amerika mənbələrinin məlumatına görə, Tramp Suriya hakimiyyətinin bütün xarici terror qruplaşmalarını öz ərazilərindən çıxarmağı öhdəsinə götürdüyünü bildirib. Və məlum olduğu kimi, Bəşər Əsəd rejiminin məğlub edilməsində və Suriyada indiki hakim rejimin qurulmasında həlledici rollardan birini oynayanlar da məhz onlar olub.

Əhəmiyyətli məqam ondan ibarətdir ki, bu briqadalarda əsasən Orta Asiya regionundan olan insanlar çalışır. Və bu qruplar Suriyada bu ilin əvvəlində baş vermiş ələvilərin və digər etnik dini azlıqların qətliamına görə məsuliyyətin əhəmiyyətli hissəsini daşıyırlar.

Məlumatda o da bilrilir ki, “Əl-Şaara ABŞ-da “Əl-Qaidə”nin (Rusiyada qadağan olunmuş) yüksək vəzifəli nümayəndəsi hesab olunurdu; hətta başına 10 milyon dollar mükafat da qoyulmuşdu”.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights