TENDER: 300 minlik alış-verişin 120 mini hara yoxa çıxır?

Lənkəran Şəhər İcra Hakimiyyəti 2026-cı il ərzində müxtəlif təyinatlı tikinti materiallarının satın alınması üçün 308 840,22 manat məbləğində tender elan edib.

ELAZ.İNFO Yenicag.az-a istinadən xəbər verir ki, tender sənədlərinə əsasən, 7 000 ədəd şifer, 230 ton sement, ümumilikdə 320 m³ taxta materialı, 5 000 ədəd mişar daşı, eləcə də 400 ədəd emulsiya və 400 ədəd binderin alınması nəzərdə tutulur.

Satınalma “bir il ərzində tədarük” adı altında həyata keçiriləcək.

Aparılan bazar araşdırması göstərir ki, əsas tikinti materiallarının dəyəri tenderdə nəzərdə tutulan ümumi məbləğlə müqayisədə xeyli aşağıdır.

Belə ki, sementin bazar qiyməti orta hesabla 120–130 manat/ton olmaqla, 230 ton üçün təxminən 28–30 min manat təşkil edir. Taxta materiallarının 1 m³-i bazarda 300–330 manat civarında satılır ki, 320 m³ üçün bu rəqəm təqribən 95–105 min manat edir. 7 000 ədəd şiferin bazar dəyəri isə orta hesabla 45–50 min manat civarındadır. Mişar daşlarının ümumi qiyməti isə təxminən 2 min manatdan artıq deyil. Bu hesablamalara görə, əsas materialların cəmi bazar dəyəri 170–185 min manat aralığında formalaşır.

MaterialMiqdarTəxmini vahid qiymətiCəmi
1Şifer 3mm (təxmini baza)7 000 ədəd~6.50 AZN~45 500 AZN
2Sement 400m (50 kq-lıq kisə)230 ton (≈4 600 kisə)~7.30 AZN~33 580 AZN
3Taxta çatı ayağı 150×50 mm (6 m)120 m³~330–340 AZN~40 200 AZN
4Taxta dirək 100×50 mm (6 m)100 m³~330–340 AZN~33 500 AZN
5Taxta reyka 40×50 mm (6 m)100 m³~330–340 AZN~33 500 AZN
6Mişar daşı 0.39×0.195 000 ədəd~0.37 AZN~1 850 AZN

Beləliklə, tenderin ehtimal olunan qiyməti ilə bazar dəyəri arasında təxminən 120–140 min manatlıq fərq yaranır. Mütəxəssislər hesab edirlər ki, bu fərq əsasən texniki göstəriciləri və keyfiyyət parametrləri açıqlanmayan emulsiya (400 ədəd, 25 kq) və binder (400 ədəd, 4 litr) məhsulları üzərindən formalaşa bilər. Həmin məhsullar üzrə brend, istehsalçı və standartların göstərilməməsi qiymətlərin süni şəkildə artırılması riskini gündəmə gətirir və tenderin şəffaflığı ilə bağlı ictimai suallar yaradır.

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights