Təhsilverənlər Üçün Keçirilən Beynəlxalq “Bootcamp”lar Yekunlaşıb

20.10.2026

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə peşə təhsili müəssisələrində çalışan təhsilverənlərin bilik və bacarıqlarının artırılmasına yönəlmiş beynəlxalq “bootcamp”lar uğurla başa çatıb.

ELAZ.INFO xəbər verir ki, təlimlər Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında bağlanmış “Peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində həyata keçirilProqram çərçivəsində 150 nəfər təhsilverən 3 əsas istiqamət üzrə təlimlərə cəlb olunub:

Avtomobil sənayesi: Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən təlimdə 50 müəllimə mühərrik sistemləri və müasir avtomobil texnologiyaları üzrə yeni biliklər aşılanıb.
Turizm və iaşə xidməti: Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil edilən proqramda 55 nəfər iştirak edib. Təlim turizm sahəsində idarəetmə, xidmət standartları və beynəlxalq təcrübənin öyrənilməsinə yönəlib.
Kənd təsərrüfatı: Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində baş tutan və 45 nəfəri əhatə edən təlimdə davamlı kənd təsərrüfatı, ekoloji faktorlar, suvarma sistemləri, iqlim dəyişikliyinin təsirləri və mexanizasiya texnologiyaları tədris olunub. Peşə Təhsili üzrə Dövlət Agentliyində keçirilən bağlanış mərasimində 5 günlük intensiv təlimlərin nəticələri müzakirə olunub, gələcək strateji əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Proqrama verdikləri töhfəyə görə təlimçilərə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı tərəfindən təşəkkürnamələr təqdim edilib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁34