Tarix yazan qəhrəmanlar- Bəxtiyar Allahverdiyev

ELAZ.İNFO xəbər verir ki, iyun ayının 10-u Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmiş fateh, hal-hazırda isə DİN xidmət edən, polis mayoru Bəxtiyar Allahverdiyevin doğum günüdür.

Allah Qəhrəmanımıza uzun ömür can sağlığı versin!

Bəxtiyar Allahverdiyev 10 iyun 1974-cü ildə Bakı şəhərində dünyaya göz açıb. 1991-ci ildə Bakıda 199 saylı məktəbi bitirib. 1992-ci ildə Milli Orduya çağırılır. “N” saylı hərbi hissədə xidmətə başlayır.

Bəxtiyar tez bir zamanda özünü doğrulda bilir. Silahlardan istifadə etməyi və hərbin sirlərini öyrənən Bəxtiyar 1992-ci il cəbhəyə göndərilir. Qubadlı rayonunda əsl qəhrəmanlıq səhifələri yazır. Gənc əsgər olmasına baxmayaraq o, peşəkar döyüşçülərdən geri qalmırdı. Füzuli, Murovdağ əməliyyatlarında xeyli erməni quldurunu məhv edir. Sonra onu 1994-cü ildə Ağdərə, Tərtər cəbhələrinə göndərirlər. Xidməti vaxtı bitməsinə baxmayaraq o, Vətənimizi dar gündə qoymur. Yenidən əməliyyatlara atılır və öz döyüşçü gücünü göstərir. Müharibədə göstərdiyi əfsanəvi qəhrəmanlığı rəhbərliyin gözündən yayınmadı.

1995-ci il Müdafiə Nazirliyi onu Türkiyə Respublikasına göndərdi. Burada hərbi kurs alan Bəxtiyar 1996-cı il Vətənə döndü. 1997-ci il gizir rütbəsi aldı və “N” saylı hərbi hissəyə taqım komandiri təyin edildi. 2000-ci ildə ordudan tərxis olunur. 2001-ci ildə işləyə-işləyə Polis Akademiyasında təhsil alır.

Hazırda İsmayıllı rayonunda sahə müvəkkili vəzifəsində çalışır.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Allahverdiyev Bəxtiyar Əzizulla oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Əli İBRAHİMOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights