Son zəng yaxınlaşır… amma məsələ hələ də qaranlıqdır

ELAZ.İNFO  xəbər verir ki, son zəng yaxınlaşır, amma respublikanın orta təhsil ocaqlarında son zəng adı altında pul yığılması məsələsi hələ də qəti şəkildə öz həllini tapmayıb. Aidiyyatı orqan və təşkilatlar tərəfindən məsələyə qəti münasibətin bildirilməsi və ciddi cəza tətbiq edilməsi ləngiyir. Bu isə məsələyə olan biganə münasibətdən irəli gəlir. Problemin aradan qaldırılmaması isə onun davam etdiyinin işarəsidir.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə məsələ ilə bağlı “Azərbaycan müəllimi”də yazısı dərc olunub.

“Son zəng” adı altında məktəblərdə pul yığılmasına münasibət bildirən Hikmət Əlizadə deyib ki, “bu tədbirlər sadə keçirilməlidir.

“Son zəng” tədbirini məktəbin həyətində müəllim və şagirdlərin xatirə söhbəti, şagirdlərin özlərinin hazırladığı səhnəciklər, musiqi nömrələri əsasında təşkil etmək daha məqsədəuyğun olar”.

İlahə BAYINDIR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights