“Siyasi mübarizə öz yerində, amma bu gün xalqın mənəvi birliyə ehtiyacı var”

ELAZ.İNFO-nun bugünkü qonağı Milli Cəbhə Partiyasının (MCP) Salyan təşkilat sədri Ruslan Məmmədovdur. Sədrlə söhbətimiz Salyanın bugünkü durumu və bayram gözləntiləri ətrafında davam etdi.

— Ruslan müəllim, xoş gördük. Salyan hər zaman öz bərəkətli süfrələri ilə tanınıb. Amma kənardan baxanda belə görünür ki, bugünkü bahalıq və sosial qayğılar Partiya təmsilçisi kimi rayondakı bu vəziyyət sizi düşündürmürmü? Bu il Salyan süfrələrində o əvvəlki coşqunu görə biləcəyikmi?

— Xoş gördük. Bilirsiniz, kənardan müşahidə etmək başqa, o mühitin içində olmaq başqadır. Siz bir jurnalist olaraq vəziyyəti tam dərindən bilə bilməzsiniz, amma mən hər gün bu insanların içindəyəm. Salyan xalqı nə qədər zəhmətkeşdirsə, bir o qədər də mənəviyyatca zəngindir. Bəli, iqtisadi çətinliklər hər yerdə var, amma bizim insanlarımız ən çətin məqamda belə öz bayramını, öz adətini yaşatmağı bacarır. Xüsusən də bu il baharın gəlişi mənəvi saflıq ayı olan Ramazanla üst-üstə düşdü. Bu, Tanrının xalqımıza bir lütfüdür.

— Bayram birlik rəmzidir. Başda Salyan Rayon İcra Hakimiyyətinin başçısı olmaqla, rayonun asayişi və inkişafı üçün çalışan hər kəsi, eləcə də bütün Türk dünyasını və müsəlman ümmətini təbrik edirəm. Novruz Türkün dirçəlişidir. Arzu edirəm ki, duaların qəbul olunduğu bu ayda bütün Türk-İslam dünyasına sülh və qardaşlıq hakim olsun.

— Bayram birlik rəmzidir. Mən fürsətdən istifadə edərək, ilk növbədə bütün xalqımızı, canım qədər sevdiyim Salyan əhlini səmimi qəlbdən təbrik edirəm. Novruz bizim milli kimliyimiz, Ramazan isə mənəvi dünyamızın aynasıdır. İnanıram ki, bu qoşa bayramın bərəkəti hər bir çətinliyi üstələyəcək. Mən bu təbrikləri təkcə bir fərd kimi deyil, mənsub olduğum Milli Cəbhə Partiyası (MCP) adından və şəxsən partiyamızın başqanı, hörmətli Razi Nurullayev adından çatdırıram.

Razi bəyin hər bir vətəndaşımıza, hər bir partiyadaşımıza olan salamlarını və ən xoş arzularını çatdırmaq mənim borcumdur. Partiyamızın başqanı və bütün MCP kollektivi adından hər bir azərbaycanlı ailəsini təbrik edir, onlara sarsılmaz iradə və firavanlıq arzulayıram. Biz hər zaman xalqın yanındayıq və onun mənəvi dəyərlərini siyasi mübarizəmizin tərkib hissəsi hesab edirik.

— Ruslan müəllim, bir məqama toxunmaq istəyirəm. Biz sizi və partiyanızı həmişə tənqidçi, dürüst və problemləri qabardan tərəf kimi görmüşük. Nədənsə bu gün suallarımızdan sanki yayınıb, tamam başqa, daha mülayim və mənəvi fikirlər səsləndirirsiniz. Bu, missiyanızda bir yorğunluq əlamətidir, yoxsa mübarizədən geri çəkilirsiniz?

— (Gülür) Yox, bu sadəcə bayram əhval-ruhiyyəsidir! İş varsa, nöqsan da var. Səhvsiz və nöqsansız olmaq yalnız Allaha məxsusdur. Biz xalqımıza xidmətdən əsla yorulmarıq! Bizim dürüst mövqeyimiz hər zaman qüvvədədir. Amma bu gün insanların sevinməyə, ruhən dincəlməyə və bir-birinə xoş söz deməyə ehtiyacı var. Bu gün istəyirəm ki, bayrama bayram qataq. Mən sizlərə də, bütün oxucularınıza da belə gözəl bayram əhval-ruhiyyəsi arzu edirəm.

— Sonda “Elaz.info” oxucularına və kollektivinə sözünüz…

— Hər zaman səsimizi xalqa çatdıran, dürüst jurnalistika nümunəsi göstərən ELAZ.İNFO saytına təşəkkür edirəm. Hər zaman verdiyimiz müsahibələri — istər tənqid olsun, istərsə də başqa mövzular — xalqa olduğu kimi çatdırmaq istər jurnalistin, istərsə də medianın peşəkarlıq və dürüstlük rəmzidir. Bu keyfiyyət sizinlə yanaşı çox az sayda redaksiyaya mənsubdur. Buna görə ELAZ.İNFO saytına, başda rəhbərliyiniz və heyətiniz olmaqla, həm öz adımdan, həm də oxucularınız adından dərin minnətdarlığımı bildirirəm. Sizə işlərinizdə uğurlar arzulayıram. Bayramınız mübarək olsun!

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights