ELAZ.İNFO xəbər verir ki, 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində keçirilməsinə Şıxəli Qurbanov müvəffəq olmuşdu.
Baharın gəlişini ehtiva edən Novruz bayramını bütün təhlükələrə baxmayaraq uzunmüddətli fasilədən sonra 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində keçirilməsinə rəhmətlik Şıxəli Qurbanov müvəffəq olmuşdu. Mərkəzi Komitənin birinci katibi Vəli Axundov onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli Qurbanov isə hərəkətlərinə görə özü cavab verəcəyini demişdi. Az sonra Qurbanovu izahat yazmağa çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil.
1967-ci ilin may ayının 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir və elə oradaca müəmmalı şəkildə vəfat edir. Ruhu şad olsun.
Aydan