Si Tsinpin BRICS sammiti üçün Braziliyaya getməyəcək

“South China Morning Post” (SCMP) mənbələrə istinadən yazır ki, Çin prezidenti Si Tsinpin iyulda Rio-de-Janeyroda keçiriləcək BRİKS sammitində iştirak etməyəcək.
ELAZ.İNFO xəbər verir ki, qəzetin yazdığına görə, vəziyyətlə tanış olan adı açıqlanmayan rəsmilər nəşrə məlumat veriblər ki, Pekin Braziliya hökumətini sammitdə Çin nümayəndə heyətinə Çinin Baş naziri Li Çianqın rəhbərlik edəcəyi barədə məlumatlandırıb.

Çin prezidentinin iştirak etməməsinə səbəb kimi göstərilir ki, Si Tsinpin artıq bir ildən az müddətdə Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə iki dəfə görüşüb: əvvəlcə ötən ilin noyabrında Braziliyada keçirilən G20 sammitində, sonra isə may ayında Pekində Çin-Latın Amerikası və Karib hövzəsi ölkələrinin icması forumunda.

Hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur. SCMP-nin qeyd etdiyi kimi, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun Braziliyanın “Folha de S.Paulo” qəzetinə deyib ki, “zirvədə iştirakla bağlı məlumat müvafiq vaxtda veriləcək”.

İslam MAHMUDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights