-Qərb ölkələrinin xüsusi xidmət orqanları Əfqanıstandakı hökumət əleyhinə qüvvələrə kömək yollarını axtarır. Qərb bu ölkədə qeyri-sabitliyi qorumaq istəyir.
Bu barədə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosu məlumat yayıb. ELAZ.İNFO bu məlumatı Tass vasitəsi ilə əldə edib.
“Əfqanıstan: Regional qarşılıqlı əlaqə, təhlükəsizlik və inkişaf” mövzusunda Bakıda keçirilən konfransda SVR rəhbəri Sergey Narışkin öz çıxışında bildirib ki, “Qərb öz geosiyasi problemlərini həll etmək üçün Əfqanıstanda qeyri-sabitliyi qorumağa çalışır. Əfqan avuarlarını bloklamağa və Kabilə qarşı sanksiyaları qorumağa davam edən qərblilərdir və Qərb xüsusi xidmət orqanları bu ölkədə hökumət əleyhinə qüvvələrə dəstək vermək yollarını axtarır”.
Narışkin onu da qeyd edib ki, -“Əfqanıstan torpağında yenidənqurmaya və inkişafa dəstəyin verilməsi geosiyasi baxımdan bizim ölkəmizin maraqları çərçivəsindədir”.
İlahə BAYINDIR