Sənəd saxta imiş


ELAZ.İNFO xəbər verir ki, tibb müəssisələrində hicabın qadağan olunması ilə bağlı yayılan məlumat təkzib edilib
Azərbaycanda tibb müəssisələrində hicabın istifadəsinə məhdudiyyət qoyulması ilə bağlı sosial şəbəkələrdə yayılan sənədin saxta olduğu bildirilib.
Sosial şəbəkələrdə Səhiyyə Nazirliyinin adından yayılan və tibb müəssisələrində hicabın istifadəsinin məhdudlaşdırıldığı iddia edilən sənəd ictimai müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı yayılan açıqlamada bildirilib ki, sözügedən sənəd həqiqəti əks etdirmir və saxtadır. Səhiyyə Nazirliyi tərəfindən tibb müəssisələrində hicabın qadağan olunması ilə bağlı belə bir sənədin qəbul edildiyi barədə məlumat təsdiqlənməyib.
Vətəndaşlara sosial şəbəkələrdə yayılan məlumatlara ehtiyatla yanaşmaq, rəsmi qurumların adından paylaşılan sənədlərin həqiqiliyini yoxlamaq tövsiyə olunur.
Sözardı: Bu cür məlumatların rəsmi mənbələrdən təsdiqlənmədən paylaşılması cəmiyyətdə yanlış təsəvvürlərin yaranmasına səbəb ola bilər.
Aydan





