Səid Cəlili Ali Milli təhlükəsizlik şurasının katibi dayanıqlığa sahib olacaqmı

ELAZ.INFO

İranda Laricaninin yerinə Səid Cəlili Ali Milli təhlükəsizlik şurasının katibi təyin olunub. Kimin hara təyin olunmasının heç bir xeyri olmayacaq. Vəziyyət dəyişməyəcək. İngilis cəsuslarının öz maraqları üçün 1925 çi ildə yaratdıqları millətçi fars rejimin sonu yaxınlaşır. Bu rejim 1925-1979 illər mehtər işləmis Rza sülaləsi qiyafəsində, 1979 cu ildən bu günə qədər də “İslam” qiyafəsində mövcudluğunu saxlayır. Bu rejimi İngiltərə yaratsa da sonradan ABŞ, İngiltərə, qərb güc mərkəzinə geosiyasi “alət” kimi xidmət etmişdir. Sonra ABŞ, İngiltərənin ənənəvi rəqibi olan Rusiya İran adlandırılan fars millətçi rejimi öz təsir zonasına sala bilmişdir. İran millətçi rejimi hər güc mərkəzi öz təsiri altına salması üçün öz aralarında daim müxtəlif səviyyələrdə və müxtəlif istiqamətlərdə mübarizə aparmışlar. Bu gün İranda olan müharibə 1800 cü ildən başlanan müharibənin davamıdir. 1800 cü ildə İngiltərə nümayəndəsi İlk dəfə Qacarlar dövlətinə gəlib tanış olur. Rusiya da o zaman Qacarlar dövlətinin şimal torpaqlarını işgal etmək üçün hərəkətə baslamışdır. Buna görə də İngilis məmuru Malkolm Qacar dövləti ilə siyasi və ticarət müqaviləsi bağladı. Bu müqavilə İngiltərəyə imkan verdi ki, Qacarlar dövlətinin işlərinə müdaxilə edə bilsin. Artıq 200 ildən çoxdur ki, İngiltərə və Rusiya imperiyaları Azərbaycan Türklerinin qurduğu Qacarlar dövləti uğrunda mübarizə aparırlar. 1907 çi ildə bu iki imperiya Qacarlar ölkəsinin ərazisini öz təsir zonalarına bölüb anlaşma da bağlamışlar.Bu gün də həmən müharibənin davamıdır. Qacarlar dövlətimizin şimal hissəsində Rusiya özü üçün Ermənistan yaratdı. Xalqımızın qəhrəman, fədakar oğullarinin sayəsində şimal torpaqlarımızda müasir müstəqil güclü Azərbaycan dövləti qura bilmişik. Buna görə xalqımız AXC-nin bütun qurucularına və Ulu öndər Heydər Əliyevə tarixi xidmətlərinə görə daim ehtiram edəcək.
Qacarlar dövlətimizin cənub hissəsini isə İngiltərə tamam özu üçün farslaşdırdı və millətçi rejim yaratdı.
Bu gün müharibə bizim tarixi dövlətimizin üstündə aparılmaqdadir. ABŞ və İsrailin basladığı bu müharibədə İranda hakimiyyəti dəyişə bilmir və bunu bacarmayacaq. İranda hakimiyyət yalnız İranda yaşayan Azərbaycan Türklərinin iradəsi ilə ola bilər. İranda hər zaman hakimiyyəti dəyişən və ya onu inkişaf etdirən güc, Türklərdir!
Azərbaycan ziyalıları, siyasətçilər, siyasi partiyalar, QHT-lər nə düşünür? ABŞ, İngiltərə və Rusiya bizim tarixi dövlətimizin uğrunda, onu öz təsiri altına salmaq üçün 200 il müharibə aparır. Azərbaycan Respublikasının bütün ziyalıları, siyasi partiyalar bu müharibəyə sakit seyr etməklə baxa bilməzlər. O halda biz yenə uduzarıq. Bu müharibəyə Türk dövlətləri də biganə baxmamalıdır. İran millətçi rejim, Türk dünyasına qarşı aparılan siyasətin nəticəsində yaradılıb! TDT İranda Türklərin huquqlarını beynəlxalq müstəvidə müdafiə etməlidir. İran yalnız o zaman müstəqil və azad olacaq ki, İran Azərbaycanlıları öz hakimiyyətlərini bərpa etsin! Belə bir İran bütün dövlətlərlə İsraillə, ABŞ-la, İngiltərə, Rusiya, Çinlə dost və müttəfiq olacaq!

Tahir Ələkbərli

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights