14 APREL, ELAZ.İNFO
İrad: Azərbaycanın televiziya məkanında fəaliyyət göstərən dövlət və özəl televiziya kanallarında xanım diktorlar və verilişlərin aparıcıları saçlarını saraltmış halda ekranlara çıxırlar. Bəzən, “milli mentalitetimizdən” dəm vuran bu xanımlar milli kimliklərini bilmirlərmi?
Təklif: Azərbaycan xalqının heç bir övladı sarı saçla doğulmur. Saçı nisbətən sarıya çalan doğulmuşlar isə “kürən adam” kimi rəğbətlə qarşılanmırlar. Bu baxımdan, saçlarını saraltmış bu xanımlar özləri də bilmədən qeyri millətləri təbliğ etmiş olurlar və heç də rəğbətlə qarşılanmırlar. Öz evlərində, teatra və yaxud gəzməyə gedəndə saçlarını istənilən rənglə boyamaq onların öz işləridir, lakin ekrana çıxanda bu yolverilməzdir.
Yaxşı olar ki, televiziya kanallarının rəhbərləri belə “modabaz” diktorları və aparıcıları ekranlara buraxmasınlar və onlardan milli xüsusiyyətlərimizə hörmət etməyi tələb etsinlər.
Ağasəf İMRAN
İqtisadçı alim