Salyan balıq bazarı

Salyanda balıq bazarı qiymətlər baxımından sözün əsl mənasında od tutub yanır.

ELAZ.İNFO olaraq Salyan balıq bazarınındakı balıqların qiymətlərini həm salyanlılara, həm də Salyan balıqı yemək istəyənlərə çatdırırıq. Kür çəkisi 20-22 manatdan başlayıb kiloqramı 30 manata qədər müşahidə olunur. Vətəkə çəkisi ( damba) 6-9 manat, kanal çəkisi 12-18 manat, ziyat balıqı ( kütüm) 14-20 manat, dəniz külməsi (bobla) 4-15 manat, beliamur (damba) 6-10 manat, tolstilob (xanı balığı) 4-7 manat, İran fareli (qızıl balıq) 9-12 manat, Naxçıvan fareli 12-14 manat, sıf ( sudak) 6-18 manat. Şahmayı (şamayka) , ilan balıqı, durna balığı ( şuka), naxa ( naqqa) bunlara isə rast gəlinmədi.

Satıcıların dediklərinə görə, balıqların əksəriyyəti tilovla tutulduğuna görə zəhməti çox olduğu üçün, bazara yüksək qiymətə satırlar.

Yerli sakinlər isə, təbii yolla böyümüş və tutulmuş balıqların çox baha hətta büdcələrinə uyğun olmayacaq dərəcədə əl çatmaz olduğunu bildirdilər.

Satıcılar isə, yaxın zamanlarda balığın bollaşması nəticəsində qiymətin nisbətən ucuz olacağını ümüd edirlər.

Ayşən Ruslan qızı

Bizimlə oxuyun
Verified by MonsterInsights