Sakinlərdən 800-dən Çox Şəxs Məşğulluq Tədbirlərinə Cəlb Edilib

20.10.2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Zəngilan rayonuna köçürülmüş sakinlərin məşğulluğunun təmin edilməsi istiqamətində aktiv tədbirləri davam etdirir.

ELAZ.INFO xəbər verir ki, Böyük Qayıdış proqramı çərçivəsində Zəngilana köçürülmüş sakinlərdən artıq 800-dən çox şəxs müvafiq məşğulluq tədbirlərinə cəlb olunub.Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi dəstək tədbirlərinin göstəriciləri: 750 nəfər rayon ərazisində müvafiq işlərlə təmin edilib. 48 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları və biznes sahələri qurulub. 50-dən çox şəxs əmək bazarının müasir tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub.

Hazırda rayona yeni köçürülmüş və ya köçürülməsi nəzərdə tutulan daha bir qrup sakinin məşğulluğunun təmin edilməsi, eləcə də onların əmək bazarına inteqrasiyası istiqamətində işlər fasiləsiz olaraq davam etdirilir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁25