ELAZ.İNFO xəbər verir ki, Gürcüstanda soydaşlarımızın kompakt yaşadıqları Marneuli rayonunda qızıl mağazasına hücum zamanı öldürülən Sahib Bayramovun qətlinin təfərrüatı məlum olub.
Belə ki, Baku TV-nin Gürcüstan bürosunun əməkdaşları eyni hadisədə mərhumun güllə yarası almış atası Tamaz Bayramovla həmsöhbət olublar.
O bildirib ki, cinayəti törədən şəxs mağazaya alıcı kimi daxil olub:
“Qulaqlığı var idi, kiminləsə danışırdı. Almaq istədiyi qızılı göstərdik. Oğlum onu götürəndə, silahı çıxarıb dörd güllə atdı, biri də mənə dəydi”.
Məlumat üçün bildirək ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.