Şəhid qızını itirdik

ELAZ.İNFO, BAKI, 12.05.2025.

ELAZ. İNFO xəbər verir ki, 13 yaşlı Səlbi Cəfərli bu gün dünyasını dəyişib

Sosial şəbəkələrdə yayılan xəbərlərdə bildirilir ki, Səlbi Cəfərli kəskin böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkirdi.

Həkimlərin səyinə baxmayaraq Səlbini bu xəstəliyin amansız caynağından xilas etmək mümkün olmayıb. Məlumat üçün bildirək ki, Səlbi Cəfərli Vətən müharibəsi qəhrəmanı, şəhid, polkovnik-leytenant Zaur Cəfərovun qızıdır.

İlahə BAYINDIR

 

Bizimlə oxuyun
Verified by MonsterInsights