Səudiyyə Ərəbistanı iranlılara viza verilməsini dayandırdı

ELAZ.İNFO, BAKI, 29.05.2025.

ELAZ.İNFO xəbər verir ki, İran Radio və Televiziyasında yayımlanan “Məhfel” televiziya proqramının münsiflər heyətinin üzvü, hökumət mollası Qulamrza Qasimiyanın Səudiyyə hökuməti və xalqını təhqir etməsindən sonra Səudiyyə Ərəbistanı iranlılara viza verilməsini dayandırıb.
Bu barədə İran mediası məlumat yayıb.
Qısa videoda Qasimiyan Səudiyyə rəsmilərini “qibləni qəsb edənlər” adlandırıb və Səudiyyə Ərəbistanının “Əməvi fabrikinin parametrlərinə” qayıtdığını iddia edib.
O, həmçinin, “artıq qumar və fahişəxanalar üçün Antalyaya getməyə ehtiyac yoxdur, bunun əvəzinə Məkkə və Mədinəyə səyahət edə bilərsiniz” kimi ifadələr işlədib.
Bu videonun yayılmasından sonra Səudiyyə Ərəbistanının təhlükəsizlik məmurları Qasimiyanı həbs edib.
İran Xarici İşlər Nazirliyinin nümayəndələri isə hökumət mollasının fikirlərini onun şəxsi mövqeyi olduğunu deyiblər.
Emin AZƏRİ Ərdəbil

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights